Vakansiyalarla bağlı müraciət etmək üçün aşağıdakı email ünvanına öz CV-zi göndərə bilərsiniz.
Elektron ünvan
Aktiv vakansiyalar
Bizim komandaya qoşulun
Sürücü

Namizədə tələblər:

- Bakı şəhərini yaxşı tanımalı, avtomobili səliqəli və təhlükəsiz idarə etməli, şirkəti təmsil edəcək görünüş və davranışlara sahib olmalıdır

İş barədə məlumat:

- Satış nöqtələrinə məhsulların çatdırılması üçün sürücü-təlimatçı
- Həftə içi 6 iş günü
- İş saatı: 08:00-dan - 19:00-dək

Vakansiyaya müraciət üçün, CV formanızı office-rd@rich.az elektron poçtuna “Sürücü” mövzusu ilə göndərməyiniz xahiş olunur.

Fəhlə

Namizədə tələblər:

- Gecə növbəsində iş təcrübəsi
- Fiziki sağlam olması
- Faktura əsasında iş qabiliyyətinin olması

İş barədə məlumat:

- Sifarişlərin fakturalar əsasında yük maşınlarına yüklənməsi
- Yüklərin əllə daşınmasına cavabdeh olmaq
- Təhlükəsizlik qaydalarına riayət etmək

- İş günləri - həftənin 6 günü
- Bazar günü istirahət günü

Vakansiyaya müraciət üçün, CV formanızı office-rd@rich.az elektron poçtuna “Fəhlə” mövzusu ilə göndərməyiniz xahiş olunur.

Texnoloq (Şirniyyat və Kulinariya)

Vəzifə öhdəlikləri:
* Kulinariyanın texnoloji təlimatlarının və texniki şərtlərinin yerinə yetirilməsinə nəzarət edilməsi;
* Qənnadı və şirniyyat məhsullarının istehsal prosesində istifadə olunan xammalın sərf normalarının işlənməsində iştirak edilməsi;
* Məhsulların keyfiyyətinin yaxşılaşdırılması tədbirlərinin hazırlanmasında fəal iştirak edilməsi;
* İstehsalın effektivliyinin artırılması.


Tələblər:
* Ali təhsil;
* Bu sahədə ən azı 1-3 il iş təcrübəsi;
* Çörək və şirniyyatın yeni növlərinin bişirilməsi və hazırlanması texnologiyalarını bilməli;
* Fikirlərini aydın ifadəetmə bacarığı.


İş haqqında məlumat:
* İş yeri: Xırdalan
* İş saatı: 09:00-18:00;
* Əmək haqqı: Razılaşma əsasında.

 

Vakansiyaya müraciət üçün, CV formanızı office-rd@rich.az elektron poçtuna “Texnoloq” mövzusu ilə göndərməyiniz xahiş olunur.

Satış Meneceri (Xanım)

Vəzifə öhdəlikləri:

  • Şirkət məhsularının satışının təşkil edilməsi;
  • Müştərilərə məhsulun keyfiyyəti, tərkibi və digər xüsusiyyətləri barədə məlumatın verilməsi;
  • Müştərilərlə daim əlaqədə olması, onların ehtiyac və tələblərinin analiz edilməsi
  • Rəhbərliyin göstərilən vəzifə üzrə digər tapşırıqlarının həyata keçirilməsi.

Tələblər:

  • Ali təhsil;
  • Bu sahədə ən azı 1-3 il iş təcrübəsi;
  • Kollektivdə işləmək bacarığı;
  • Səliqəli xarici görünüş;
  • Ünsiyyət qurmaq bacarığı;
  • Satış bacarığı;
  • Aktiv,cəldə,dəqiq və məsuliyyətli.
  • Xanım
  • Sürücülük vəsiqəsi
  • Şəxsi Avtomobil

İş haqqında məlumat:

  • İş yeri: Xırdalan
  • İş saatı: 09:00-18:00;
  • Əmək haqqı: Razılaşma əsasında.

Vakansiyaya müraciət üçün, CV formanızı office-rd@rich.az elektron poçtuna “Satış Meneceri” mövzusu ilə göndərməyiniz xahiş olunur.