Sosial məsuliyyət iqtisadiyyat və ekosistem arasında tarazlığı qorumaq üçün hər bir fərdin yerinə yetirməsi gərəkən bir vəzifə növü olduğu üçün Rich Distribution olaraq bizdə öz növbəmizdə ətraf mühitin mühafizəsini düşünməklə yanaşı öz töhvəmizi, borcumuzu yerinə yetirmək adına Heyvanların qorunmasını sosial məsuliyyət olaraq bütün əməkdaşlarımıza davamlı aşılayırıq. Belə ki ölkəmizdə sahibsiz və baxıma möhtac küçə heyvanlarını mütəmadi olaraq toplayaraq lazımı tibbi dəstək verildikdən, yemək və lazımi ehtiyacları qarşılandıqdan sonra sahiblənilməsi üçün davamlı tədbirlər həyata keçiririk. Sahibləndirdiyimiz 100 dən artıq kiçik dostlarımızın əvvəlki və sonrakı hallarını sizinlə bölüşərək sizləridə sosial məsuliyyətə dəvət edirik.
Heyvanların səssiz qışqırıqlarına qulaq verin! Təbii tarazlığı qoruymaq üçün, heyvanları qoruyaq!