CALIN markası ilə əməkdaşlıq görüşü

CALIN markasi ile emekdasliq gorusu

Rich Distribution və Rich Retail şirkətlərinin nəaliyyətləri artıq ölkə hüdudlarını aşmaqdadır. Xarici şirkətlər Azərbaycanda markalarının bazara girməsi və inkişaf etməsi üçün işgüzar səfərlərində Rich Distribution şirkətini ziyarət edirlər. Belə görüşlərdən biridə İran İslam Respublikasının tanınmış şirkətlərindən olan CALIN DAİRY CO şirkəti olmuşdur. Şirkətin Biznes İnkişaf müdiri Omid Abouali, Regional Export müdiri Hamidreza Ashjaei və Marketinq meneceri Saeid Etedadi təsisçilərimiz Yaşar Həsənov və Mahir Mədətovla uğurlu görüş keçirmişdir. Yaxın günlərdə əməkdaşlığımız çərçivəsində istehlakçılarla yeni kateqoriya məhsullar təqdim edəcəyik.