Rich Distribusiya şirkəti 4 yaşını təntənəli şəkildə qeyd etdi

Rich Distribusiya sirketi 4 yasini tenteneli sekilde qeyd etdi

Noyabr ayının 19-u ənənəsinə sadiq qalan Rich Distribusiya şirkəti qurulmasının 4-cü ilini hər gün böyüyən kollektivi və ailələri ilə birgə keçirmişdir. Azərbaycan qida bazarında müştərilərinə və istehlakçılarına sağlam qida xammalları təmin edən Rich Distribusiya şirkəti 4 yaşını yeni qurulmuş Rich Retail şirkəti ilə bərabər qeyd etmişdir.

Rich Distribusiya və Rich Retail şirkətlərinin qurucusu olan hörmətli Yaşar Həsənov rəsmi hissədəki çıxışında şirkətimizin 4 illik uğur hekayəsini və qarşımıza qoyduğumuz yeni hədəf və məqsədlərdən söz etmişdir. Noyabr ayının 19-nun tarixi əhəmiyyətlərindən biri də Rich Retail şirkətinin Hörmətli Yaşar Həsənov və Mahir Mədətov tərəfindən qurulmağı ilə bağlıdır.

Rich Retail şirkətinin qurucularından olan Mahir Mədətovda öz növbəsində yeni qurulan Rich Retail haqqında dəyərli fikirlərini tədbir iştirakçıları ilə bölüşmüşdür.

4 il BİRLİKdəyik, hədəfimiz 4 FƏSİL uzun illər BİRLİKDƏ GÜCLÜ olmaqdır!!! Təbriklər RICH DISTRIBUTION Ailəsi.