Rich Distribusiya şirkəti gücünə güc qatmağa davam edir.

Rich Distribusiya sirketi gucune guc qatmaga davam edir.

1987-ci ildə İstanbulda fəaliyyətə başlayan ``Krater``, qurulduğu gündən tort şirniyyat sektorunda lider marka olub və sektorun inkişafına öz töhfəsini verib. Bu gün şirniyyat sənayesi yeni məhsulları və istehsal texnologiyası ilə innovasiyalarla dolu yaradıcı bir peşəyə çevrilib. Xəmir sənayesi üçün keyfiyyət və müxtəlifliyi birləşdirən məhsul portfeli və gələcəyə yönəlmiş işləri ilə sektorun qabaqcıllarından biri olan ``Krater``, dünyanın qabaqcıl dad və qidalanma şirkətlərindən biri olan ``Kerry`` tərəfindən satınalınmışdır.

``Kerry Group`` 50 ildir qida texnologiyalarına sərmayə qoyaraq istehlakçılarının dəyişən gözləntilərinə cavab verən bir şirkətdir. 36 ölkədə 152 istehsal müəssisəsi və 22 000-dən çox işçisi var. Öz istehsal müəssisələri ilə yanaşı, Türkiyədə bəzi markaları satın alaraq AR-GE işləri də həyata keçirir. 1972-ci ildən dad və qidalanma sahəsində fəaliyyət göstərən ``Kerry`` bütün dünyada evdənkənar istehlak kanalının aparıcı tərəfdaşıdır.

Aprel 2023 tarixi etibarilə uzun sürən danışıqlar nəticəsində Avqust 2023 tarixində ``Kerry Group`` və ``Krater`` markalı məhsulların ekskluziv distributorluq hüquqları Azərbaycan və keçmış MDB məkanları üzrə Rich Distribusiya şirkətinə verilmişdir.

Rich Distribusiya şirkəti hər zaman dünyaca məşhur keyfiyyətli qida xammal tədarükü ilə sizləri sevindirməyə davam edəcəkdir.