Rich Distribusiya şirkəti Türkiyənin tanınmış yerli markası ilə yeni iş birliyi üçün görüş keçirmişdir.

Rich Distribusiya sirketi Turkiyenin taninmis yerli markasi ile yeni is birliyi ucun gorus kecirmisdir.

Cari ilin əvvəlindən həyata keçirilməsi planlaşdırılan Pərakəndə Satış kanalının aktiv hala gətirilməsi nəhayətki uzun sürən hazırlıq mərhələsini uğurla nəticləndirmişdir. Beləki, Rich Distribusiya şirkəti bu ilin Oktyabr ayı etibərilə Azərbaycanın Pərakəndə bazarına da istehlakçıları keyfiyyətindən daim söz etdirəcək məhsullar təmin etməyə başlayacaqdır.
Pərakəndə bazarında artıq bir ildirki şirkətimiz tərəfindən uğurla satışı həyata keçirilən marka Türkiyənin tanınmış konservləşdirilmiş məhsullar istehsalçısı olan BURCU markasıdır. Şirkətin İdarə Heyətinin Sədri Yaşar Həsənov və Pərakəndə Satış Direkotru Mahir Mədətov Sentyabr ayında Türkiyənin İzmir şəhərində Burcu şirkətinin baş ofisini ziyarət edərək şirkətin İdarə Heyətinin sədri Cəmil bəylə yanaşı heyət üzvləri Gökhan bəy və Ünal bəylə BURCU markasının Azərbaycandakı mövqeləndirilməsi və digər məsələri diskusiya etmişlər. Rich Distribusiya şirkətinin İH sədri Hörmətli Yaşar Həsənov öz növbəsində BURCU şirkətinin nümayəndələrini əlaqələrin daha da sıxlaşdırılması adına Azerbaycana dəvət etmişdir.