Rich Distribution ``28 May Müstəqillik Günü``nü ``Nur Uşaq Evi``də keçirdi.

Rich Distribution ``28 May Musteqillik Gunu``nu ``Nur Usaq Evi``de kecirdi.

Müstəqilliyimizin 106-cı ildönümünü qeyd edərkən qürur və iftixar hissi ilə deyə bilərik ki, bu gün Azərbaycan iqtisadi cəhətdən dünyanın ən sürətlə inkişaf edən ölkələrindəndir. Müstəqillik xalqımızın böyük tarixi nailiyyəti və milli sərvətidir. Bizim də əsas vəzifəmiz bu tarixi nailiyyəti qoruyub saxlamaq, daha da gücləndirməkdir. Belə bir tarixi günü Rich Distribution kollektivi olaraq daha sağlam və möhkəm gələcək üçün sosial məsuliyyətlərimizə davam etməyi özümüzə hər zaman şüar hesab etmişik. Bu səbəblə Bakının Ramana qəsəsbəsindəki Nur Uşaq evini ziyarət edərək Müstəqillik günümuzu bərabər qeyd etdik.