RİCH DİSTRİBUTİON-da YENİ TƏYİNAT

Avqust ayında Rich Distribution və Rich Retail şirkətlərinin bir şirkət altında toplanması qərarı alınmışdır. Bu qərar şirkətlərimizin ayrı ayrı strukturlarında olan professional kadrların bir arada toplanması və Rİch Distribution şirkətinin bazarda olan mövqeyini dahada möhkəmlənməsinə xidmət edəcəkdir. Sevinc hissi ilə bildirmək istərdik ki, sözügedən birləşmə ilə ərsəyə gələn güc yeni təyinatlarda da öz sözünü demişdir. Belə təyinatlardan ən önəmlisi isə Hörmətli Anar Həsənovun Rİch Distribution şirkətinin İdarə Heyəti Üzvü və Baş Direktor olmasıdır.

Həsənov Anar Fizuli oğlu 14 İyul 1981-ci ildə dünyaya gəlmişdir. 1998-ci ildə Gəncə şəhəri 7 saylı məktəbi bitirmişdir. 2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Biznesin təşkili və İdarəedilməsi fakultəsini bitirərək elə həmin ildə universitetin eyni ixtisas üzrə magistr pilləsinə qəbul olaraq 2004-cü ildə müvvəffəqiyyət diplomu ilə təltif edilmişdir.

2009-2024 cü illər ərzində Azərbaycan Dövlət Aqrar Universitində Biznesin Təşkili və İdarəedilməsi, Marketinqin Əsasları kimi fənnlərin tədrisini etmişdir. Bu illər ərzində ABMEUİ-da doktorantura təhsili almışdır.

Elmi fəaliyyəti dövründə Rich Group şirkətlər qrupu ilə yanaşı Azerbaycanın biznes sahəsindəki birçox şirkətlərə biznes konsultasiyalar, təlimlər vermişdir.

2024 Sentyabr ayı etibarilə Rich Distribution şirkətinin İdarə Heyətinin üzvü və Baş Direktoru təyin edilmişdir.

22 elmi məqalənin və 2 kitab müəllifidir. Ailəlidir iki övladı var.