Rusiya İxracatçılarının Biznes Missiyası 24-25 Sentyabr

Rusiya Federasiyasının Kənd Təsərrüfatı Məhsullarının İxracının İnkişafı üzrə Federal Mərkəzi (“Aqroeksport”) sentyabrın 24-25 tarixlərində Azərbaycana biznes missiyada oldular. Təbii ki, Rich Dsitribution şirkəti də öz növbəsində Bakı Konqres Mərkəzində baş tutan işgüzar görüşlərə dəvət edilmiş və çox əhəmiyyətli görüşlər keçirmişdir. Biznes missiyası zamanı bizim üçün maraqlı olan, gələcəkdə əməkdaşlıq etmək istədiyimiz Rusiya şirkətləri ilə ünsiyyət qurulmuş, həmçinin məhsulların alımında qərar verilməsində Rusiyadan olan Aşpazların hazırladığı məhsulların dadına baxılmışdır.
İşgüzar missiyanın formatı Rusiya ixracatçılarına öz məhsullarının rəqabət üstünlükləri barədə yeni üsulla danışmağa imkan verir ki, bu da "Made in Russia" məhsullarının Azərbaycan bazarında təşviqi perspektivlərini genişləndirir.