TORKU markası Azərbaycanda tək satış və dağıtım ortağı olaraq RICH Group şirkətinə güvəndi.

Anadolu Birlik Holdinq Export Direktoru Umut Ermiş bəy və Türkiyənin tanınmış şirkətlərindən olan Konya Şəkər Fabrik Müdiri Mehmet Kölhan bəy Azərbaycanda Rich Group şirkətimizə rəsmi işgüzar səfərdə olmuşlar. Ziyarət əsnasında rəhbərliyimiz Hörmətli Yaşar bəy və Mahir bəylərlə görüşən qonaqlar TORKU markasının Azərbaycan bazarındakı mövcud satış və dağıtım potensiallarını müzakirə etdilər. Hər iki tərəf üçündə verimli olan görüşlər nəticəsində TORKU markası artıq Azərbaycanda tək rəsmi tərəfdaş olaraq RICH Group şirkəti ilə müqavilə imzaladı. Yaxın zamanda TORKU markasının bir çox kateqoriyalar üzrə məhsullarını bütün şəbəkə marketlər görə biləcəksiniz.