Ülkər firması ilə işbirliyimizi genişləndiririk
Türkiyənin qida sahəsində öncü markalarından olan Ülkər fiması (YeniTeközel) İxracat direktoru Nuri Gümüş bəy Dekabr ayında firmamızda 2 dəfə işgüzar səfərdə olmuşdur. Ülkər markalı məhsulların Azərbaycan bazarında distribusiyası ilə baglı Hörmətli Əvəz Səfərli, Yaşar Həsənov və Mahir Mədətovla uğurlu görüşlər keçirilmişdır. Nəticə olaraq Ülkər firması ilə Rich Distribution və Rich Retail şirkətləri arasında şokolad və vafli xaric yeni kateqoriyalar və yeni markalarının distribusiyası razılıgı əldə olunmuşdur.
Yaxın zamanda Ülkər markasının yeni məhsullarını marketlər şəbəkələrində görə bilcəksiniz. Məhsullar haqqında ətraflı məlumatlar yaxın günlərdə sosial media hesablarımız vasitəsilə də izləyicilərimizin diqqətinə təqdim ediləcəkdir. Bizi izləməyə davam edin.